Blinken Rusiya ilə Şimali Koreya arasında hərbi əməkdaşlığı şərh edib

ABŞ dövlət katibi Entoni Blinken Koreya Respublikasının Xarici İşlər Naziri Ço Tae Yeol ilə telefon danışığında Şimalı Koreya və Rusiya arasında hərbi əməkdaşlığın dərinləşməsini pisləyib.

SİA-nın əldə etdiyi məlumata görə, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller deyib.

Eyni zamanda, Blinken Moskva ilə Pxenyan arasında silah tədarükünü BMT Təhlükəsizlik Şurasının qətnamələrinə zidd olaraq həyata keçirildiyini iddia edib.

...Dövlət katibi Şimalı Koreya və Rusiya arasında dərinləşən hərbi əməkdaşlığı pisləyib, həmçinin ABŞ və Koreya Respublikası arasında davamlı müttəfiqliyin dünyada sülh, təhlükəsizlik və rifahın təşviqində əsas əhəmiyyətini bir daha təsdiqləyib.

Bunu Miller yazılı açıqlamasında bildirib.

Qeyd edildiyi kimi, Blinken Cənubi Koreyalı həmkarına “Ukraynaya davamlı dəstəyinə” görə təşəkkür edib.

Nəhayət, tərəflər Şimalı Koreyanın yaratdığı mürəkkəb, inkişaf edən təhlükəsizlik çağırışlarını həll etmək və Cənubi Çin dənizində sülh və sabitliyi qorumaq üçün birgə işi davam etdirmək barədə razılığa gəliblər.

Miller əlavə edib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə