NATO Çini Rusiyaya dəstək verdiyi üçün sanksiyalarla hədələyib

...NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, alyans Rusiyaya dəstək verdiyi üçün Çinə qarşı sanksiyaları nəzərdən keçirə bilər.

SİA-nın əldə etdiyi məlumata görə, onun sözlərini RİA Novosti sitat gətirir.

Stoltenberq qeyd edib ki, Pekin Rusiya Federasiyasını dəstəkləməkdən imtina etməsə NATO nə vaxtsa bu məsələni nəzərdən keçirməli olacaq.

Onun fikrincə, Çin Ukrayna ətrafında konfliktə “yandırır”.

...Pekin eyni vaxtda NATO-nun avropalı müttəfiqləri ilə normal ticarət əlaqələrini davam etdirə bilməz və eyni zamanda, İkinci Dünya Müharibəsindən bəri Avropada ən ciddi münaqişəni alovlandıra bilməz.

Alyansın baş katibi deyib bunu.

Xatırladaq ki, Qərb Rusiya Federasiyasına hərbi dəstək verməsi ilə bağlı Çinə qarşı dəfələrlə ittihamlar səsləndirib. Eyni zamanda, 2023-cü ildə ABŞ və Aİ buna dair heç bir dəlillərinin olmadığını etiraf ediblər.

Bundan başqa, Pekin özü də Rusiya və Ukraynaya hərbi yardım göstərmək imkanını istisna edib. Bu cür xəbərlər Moskvada da təkzib edilib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə