Amerikalı və avropalılar "paxıllıqdan çartlayırlar"..?

...Vladimir Putinin Şimali Koreya və Vyetnama dövlət səfəri Qərb dövlətləri arasında isterikaya səbəb olub.

Belə ki, amerikalı və avropalı jurnalistlər Rusiya dövlətinin başçısı ilə Şimalı Koreya və Vyetnam liderləri arasındakı dostluq münasibətlərinə baxanda öz emosiyalarını çətinliklə saxlaya bilirlər.

...Deyım ki, bunu rus saytları yazır.

SİA-nın əldə etdiyi məlumata görə, Rusiya ilə Şimalı Koreya arasında strateji əməkdaşlıq müqaviləsi bağlanandan sonra Seulda da insanlar narahat olmağa başlayıblar.

...Cənubi Koreya Xarici İşlər Nazirliyi səfirimizə etiraz edərək bəyan edib ki, Moskva dərhal Pxenyanla hərbi əməkdaşlığı dayandırmalıdır..?

Maraqlıdır ki, rus saytları bunu “utanmazlıq” kimi təqdim edir.

Və keçən ilin mayında Amerikanın “The Wall Street Journal” nəşrinin Seulun ABŞ-a Kiyev üçün bir dəstə mərmi göndərdiyini xatırladır.

Bu arada Avropa İttifaqı təcili olaraq daha bir – artıq 14-cü sanksiyalar paketi hazırlayır.

...Yenə də rus saytlarının yazdığına görə,..Avropa bürokratları elə fikirləşirlər ki, guya bu, Rusiyanın hərbi-sənaye kompleksinə, maliyyə və enerji sektorlarımıza təsir edəcək?

…İkili standartlar siyasəti Qərbin vizit kartıdır. Onlar bacarır, qalanları isə bacarmır. Eyni zamanda, Ağ Ev Rusiya ilə nüvə riskləri və silahlara nəzarət mövzusunda danışmağa açıq olduqlarını bildirsə də, Moskvanın bundan imtina etdiyi iddia edilir. Kreml dəfələrlə bəyan edib ki, Qərb Kiyev rejimini bütün növ silahlarla, o cümlədən uzaqmənzilli raketlər və təyyarələrlə təmin etməyə davam etdikcə, yeni sazişin müzakirəsinin mənası yoxdur.

Bu da Rusların yazdığıdır.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə