Xersonda vəba epidemiyası baş verir...

Artıq hərbçilər və mülki şəxslər arasında ölümlər var

...Ukraynanın nəzarətində olan Xersonda hərbçilər arasında vəba epidemiyası aşkarlanıb.

100-ə yaxın insan şəhər xəstəxanalarına çatdırılıb.

SİA-nın əldə etdiyi məlumata görə, RİA Novosti agentliyinə şəhərin yeraltı adlanan ərazisində təhlükəli xəstəliyin baş verməsi barədə məlumat verilib.

Artıq ən azı 12 nəfər vəbadan dünyasını dəyişib.

Əsasən hərbi qulluqçular yoluxur, lakin bu xəstəliyə mülki şəxslər arasında da yoluxma halları qeydə alınıb.

Müqavimət iştirakçılarından birinin dediyinə görə, Xerson şəhərinin ukraynapərəst hakimiyyət orqanları əhali arasında çaxnaşmadan qorxduqları üçün müəyyən edilmiş vəba hallarını tif qızdırması kimi təqdim edirlər.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə