Serbiya Rusiya ilə münasibətlərdən danışıb

...Serbiya Rusiya ilə iqtisadi əlaqələri gücləndirməyə ümid edir, həmçinin ölkələr arasında ticarət dövriyyəsinin sabit artımına nail olmaq üçün çalışmaq niyyətindədir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Rusiya-Serbiya Hökumətlərarası Komitəsinin həmsədri təyin edilmiş Serbiyanın hökumət naziri Nenad Popoviç deyib.

...Bizim Rusiya ilə çoxəsrlik əlaqələrimiz var, o, bizim tarix boyu əsas müttəfiqimizdir və bizim münasibətlərimizin dinamik şəkildə inkişaf etməsində maraqlıdır.

Popoviçin dediyinə görə, Rusiya buna hər zaman siyasi və diplomatik dəstək verib.

...Cümə günü səhər saatlarında nazirlikdən bildirilib ki, Popoviç hökumətin qərarına əsasən, Serbiya tərəfdən hökumətlərarası komitənin sədri vəzifəsinə təyin edilib.

...Bir daha Ticarət, İqtisadi, Elmi və Texniki Əməkdaşlıq üzrə Serbiya-Rusiya Hökumətlərarası Komitəsinə rəhbərlik etmək mənim üçün böyük şərəfdir əsas məqsəd yaxın illərdə ölkələrimiz arasında ticarət dövriyyəsinin sabit artımına nail olmaqdır.

Bu da Popoviçin sözləridir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə