Çində leysan səbəbindən 38 nəfər ölüb, 2 nəfər itkin düşüb

Çinin cənubundakı Quandon əyalətinin Pinyuan rayonunda şiddətli yağışların yaratdığı fəsadlar səbəbindən 38 nəfər ölüb, 2 nəfər itkin düşüb. SİA xəbər verir ki, bu barədə əyalətin fövqəladə halların idarəedilməsi mərkəzi açıqlama yayıb. İtkin düşənlərin axtarışları zamanı bir neçə nəfərin meyiti tapılıb.

Bölgədə iyunun 15-dən başlayan şiddətli yağışlar torpaq sürüşməsi, daşqın, sel kimi fəsadlara səbəb olub. Nəticədə yaşayış məntəqələrini, əkin sahələrini su basıb, nəqliyyat infrastrukturuna, kommunikasiya xəttlərinə ziyan dəyib. Təxminən 388 min evin elektriklə təchizatında fasilələr yaranıb.

Bütün xəbərlər Facebook səhifəmizdə