Rusiya səfiri Cənubi Koreya XİN-ə çağırıldı

Rusiya səfiri Cənubi Koreya XİN-ə çağırıldı

Rusiyanın Seuldakı səfiri Georgi Zinovyev Koreya Respublikasının Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. SİA xəbər verir ki, Cənubi Koreyanın Xarici İşlər Nazirliyi Rusiya ilə Şimali Koreya arasında "Hərtərəfli strateji tərəfdaşlıq haqqında Saziş"in imzalanması ilə bağlı etirazını bildirib.

Qeyd edək ki, saziş dünən Rusiya Prezidenti Vladimir Putin ilə Şimali Koreya lideri Kim Çen In arasında imzalanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə