Yük paketində kobra ilanı tapıldı

Yük paketində kobra ilanı tapıldı

Onlayn sifariş verən qadın yük paketində ağlına belə gətirə bilmədiyi sürprizlə qarşılaşıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, bağlamanın içərisindən kobra ilanı tapılıb.

Hindistanda baş verən hadisənin videosunun çəkilməsi və sosial şəbəkədə paylaşılması digər hindlilərin narahatlığına səbəb olub. Verilən məlumata görə, Karnataka əyalətinə xas kobra növü olduğu təsbit edilən ilan sağ-salamat tutularaq buraxılıb. "Amazon" şirkəti üzr istəyib və müştəri təhlükəsizliyinin prioritet olduğunu vurğulayaraq hadisəni araşdırdıqlarını bildirib.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə