Venesiya 2150-ci ilə qədər batacaq

İtaliyalı elm adamları sel maneələri sisteminin Venesiyanın batmaqdan və dəniz səviyyəsinin qalxmasından qorumaq üçün kifayət etməyəcəyini bildirir və şəhərin 2150-ci ilə qədər su altında qalacağını proqnozlaşdırırlar. SİA xarici mətbuata istinadən xəbər verir ki, dünyanın ən turistik şəhərlərindən biri olan Venesiya onilliklərdir ki, getdikcə tez-tez baş verən daşqınlarla mübarizə aparır. Lakin alimlər bu maneələrin kanal şəhərini daim batmaqdan və dəniz səviyyəsinin qalxmasından qorumaq üçün kifayət etməyəcəyi qənaətindədirlər.

Tədqiqatçılar bu məlumatları 2008-2023-cü illər arasında qeydə alınan yerin çökməsi ilə bağlı peyk məlumatları ilə birləşdiriblər.

Araşdırma nəticəsində şəhərin bəzi hissələrinin 2150-ci ilə qədər həmişəlik su altında qalacağı qənaətinə gəlinib. Alimlər Venesiyanın ən məşhur meydanı sayılan Müqəddəs Mark meydanının hissələrinin 70 santimetr suyun altında qalacağını təxmin edirlər. Şəhərin qərb tərəfi bu vəziyyətdən ilk təsirlənən ərazilərdən biri olacaq.
2019-2023-cü illər arasında 58 dəfə su altında qalan bu bölgə ən çox su basan bölgələrdən biridir.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə