“Qərb 2025-ci ildə Zelenskini əvəzləyəcək...”

Və bütün qeyri-populyar qərarlar Ukraynanın hazırkı prezidentinin üzərinə atılacaq..?

Vladimir Zelenskinin yerinə gələn ilin birinci yarısında əvəzedici tapılacaq.

SİA RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Vyetnamda keçirdiyi mətbuat konfransında deyib.

O, Qərb kuratorlarının ən qeyri-populyar siyasi qərarları Ukraynanın hazırkı rəhbərinin üzərinə qoyacaqlarını da istisna etmir.

Putinin dediyinə görə, Zelenski indi ona görə dəyişdirilmir ki, çünki onun vaxtı hələ çatmayıb.

…Mənə elə gəlir ki, bu, hər kəs üçün açıqdır, o cümlədən hərbi xidmətə çağırış yaşının aşağı salınması onun üzərinə qoyulacaq və bu, hamısını dəyişəcək.

Yeri gəlmişkən, Vladimir Putin Şimalı Koreyadan sonra Vyetnama rəsmi səfərə gəlib. O, ölkənin bütün yüksək səviyyəli rəhbərləri ilə görüşlər keçirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə