BMT-də Yeni Kaledoniyada öldürülən mülki şəxslərin xatirəsi anılıb

Bakı Təşəbbüs Qrupu tərəfindən iyunun 20-də BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında “Müstəqilliyə və fundamental azadlıqlara doğru: Müstəmləkəçiliyə son qoyulmasında C24 Komitəsinin rolu” adlı beynəlxalq konfrans keçirilir.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, konfransın əvvəlində Yeni Kaledoniyada ötən gün Fransa polisi tərəfindən öldürülən mülki şəxslərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransda Fransanın və Niderlandın müstəmləkə altında saxladığı ərazilərdən nümayəndələr, habelə Korsika, Fransız Qvianası, Qvadalup, Martinik, Maohi Nui (Fransız Polineziyası), Kanaki (Yeni Kaledoniya), Sent-Martin, Bonayre, həmçinin ABŞ, Fransa, Braziliya, Qəmər Adaları İttifaqı və Niderlanddan 40-dan artıq rəsmi şəxs, müstəqillik hərəkatlarının rəhbərləri, ekspertlər, deputatlar və tədqiqatçılar iştirak edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə