Polşada MiQ-29 evlərin damlarını uçurub...

Polşada qırıcı təyyarə yaşayış binalarının damını qoparıb. SİA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Respublika Silahlı Qüvvələrinin Baş Komandanlığı məlumat yayıb.

Qeyd olunur ki, MiQ-29 səsdən sürətli sürətə keçib. Fövqəladə hadisə Malbork vilayətinin Şalenets kəndində baş verib. Təyyarə təlim uçuşunda olub.

Və 305 metr yüksəklikdə Mig-29 səs sürətini aşıb.

...Səs dalğasından dam örtüyü zədələnib.

Hazırda hərbi jandarm və aviasiya insidentlərini araşdıran xüsusi komissiya insidentlə bağlı araşdırma aparır.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə