Türkiyənin yer altında nə qədər qızılı var?

Türkiyənin yer altında gözləyən 5 min ton qızılı təxminən 300 milyard dollar dəyərindədir.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Türkiyə Mədənçilər Birliyinin sədri Mehmet Yılmaz paytaxt Ankarada jurnalistlərlə keçirdiyi görüşdə ölkənin mədən sektoru ilə bağlı qiymətləndirmələr edib.

Türkiyədə aparılan modelləşdirmə araşdırmasına görə 6500 ton metal qızıl potensialının olduğunu söyləyən Mehmet Yılmaz deyib: "Bunun 1500 tonunun harada olduğunu bilirik, hətta istehsalına da başlamışıq. Qalan 5 min ton yerin altında gözləyir ki, o da bugünkü dəyəri təxminən 300 milyard dollardır.

Dünya bor ehtiyatlarının təxminən 70 faizi Türkiyədədir. Türkiyə boruyu son məhsula çevirsə, bu baxımdan dünya səviyyəsində əhəmiyyətli yer tuta bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə