Mıtışidə yanan yaxtalar söndürülüb...

...Yenə də cümə axşamı Moskva yaxınlığındakı Mıtışidə yanan yaxtalar söndürülüb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, səhər tezdən yerli klubun ərazisində iki qayığın olduğu anqar yanıb. Yanğın tez bir zamanda min kvadratmetr ərazini əhatə edərək bütün struktura yayılıb və gəmiləri xilas etmək üçün sadəcə olaraq şans olmayıb.

İlkin məlumata görə, xəsarət alan olmayıb.

Lakin fövqəladə hadisə yerindən olan görüntülərə görə, iki yaxta tamamilə yanıb.

Hazırda ekspertlər yanğının səbəblərini araşdırır.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə