"Çıxılmaz vəziyyətdə biz qaldıq..?"

Putinin Vyetnama səfərinə Qərbin reaksiyası...

Rusiya liderinin Vyetnama səfəri dünyanın ən böyük mediasının manşetlərində yer alıb. Britaniyanın “Sky News” telekanalı qərbli analitiklərə istinadən yazır ki, Rusiyanı təcrid etmək mümkün olmayacaq. Bunu əvvəllər Pxenyanda olduğu kimi Hanoydakı danışıqlar da aydın şəkildə nümayiş etdirir.

Bloomberg isə qeyd edir ki, Vyetnam Vladimir Putinin dövlət səfəri ilə bağlı ABŞ-ın fikrinə məhəl qoymayıb. Amerika səfirliyi buna qəti şəkildə qarşı çıxdı, lakin heç kim ona qulaq asmadı.

Vyetnam Rusiyanı enerji və müdafiə sahələrində strateji tərəfdaş kimi görür və Qərbin əmrlərini yerinə yetirmək niyyətində deyil.

Qeyd edim ki, SİA bu barədə rus saytlarına istinad edir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə