Vətəndaş müharibəsinin davam etdiyi Sudanda 18 milyon adam kəskin aclıqla üzləşib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Birləşmiş Millətlər Təşkilatının Sudan üzrə Beynəlxalq Müstəqil Fakt Araşdırma Missiyasının rəhbəri Məhəmməd Çande Osman BMT İnsan Haqları Şurasının 56-cı Sessiyası çərçivəsində Sudanla bağlı qiymətləndirmələr edərək deyib: “Sudan ordusu ilə Çevik Dəstək Qüvvələri arasında ölümcül qarşıdurmalar 2023-cü ilin 15 aprelindən bu yana aramsız olaraq davam edir.

Ölkədə səhiyyə müəssisələri hücuma məruz qalıb, təxminən 9 milyon insan məcburi köçkün olub, 1,8 milyondan çox adam isə qonşu ölkələrə qaçıb.

Sudanda yaxınlaşan aclıq ilə təxminən 18 milyon adam kəskin aclıqla üz-üzədir. Aralarında uşaqlar və hamilə qadınlar da olmaqla ən az 5 milyon mülki insan aclıq riski ilə qarşı-qarşıyadır.

BMT-nin Sudanda 2024-cü ildə başladığı Təcili Yardım Planının yalnız 16 faizi maliyyələşib. Bu, lazımi yardımı təmin etmək üçün yetərli deyil”.

Bütün xəbərlər Facebook səhifəmizdə