ABŞ Rusiya, Şimali Koreya, Çin və İran arasındakı əlaqələrdən rahatdır

Rusiya, Çin, İran və Şimali Koreya hələ də NATO-ya bənzər formal hərbi ittifaq yaratmayıb. Bu barədə SİA “The Wall Street Journal”-a (WSJ) istinadən yazıb. Bildirilir ki, ABŞ-ın hazırkı və keçmiş rəsmiləri də məsələyə məhz bu konteksdən yanaşırlar.

Mərkəzi Kəşfiyyat İdarəsinin və Ağ Evin keçmiş əməkdaşı Sue Mi Terri müsahibəsində deyib: “Rusiya, Şimali Koreya və hətta Çin üçün bu, bir növ ehtiraslı romantikaya deyil, ani təsadüfə və ya maraqların və məqsədlərin koordinasiyasına əsaslanan rahat nikahdır”. ABŞ rəsmilərinin fikrincə, Rusiya, İran, Çin və Şimali Koreya arasındakı əlaqələr hazırda Şimali Atlantika Alyansı ilə müqayisə oluna biləcək formal hərbi ittifaq təşkil etmir. Materialda qeyd olunur ki, bu ölkələr arasında münasibətlər daha çox Rusiya və onların hər biri arasında ikitərəfli təmaslar üzərində qurulub.

Eyni zamanda, nəşrin yazdığına görə, hazırkı mərhələdə dörd dövlət arasında müttəfiqlik münasibətlərinin konturları artıq yaranıb ki, bu da strateji və diplomatik əməkdaşlığın genişlənməsindən xəbər verir.

WSJ-nin məqaləsində həmçinin iddia edilir ki, Amerika kəşfiyyatı Rusiyanın İran, Şimali Koreya və Çinlə əlaqələrinin güclənməsinin sürəti və dərəcəsinə təəccüblənib.

VƏLİ

Bütün xəbərlər Facebook səhifəmizdə