Meksikada qasırğa nəticəsində 3 nəfər ölüb

Meksikanın sahillərində təsirli olan tropik "Alberto" qasırğasında 3 nəfərin öldüyü açıqlanıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Milli Qasırğa Mərkəzinin məlumatına görə, Meksikadan 217 km şərqdə yerləşən Tampiko limanında təsirli olan tropik fırtınada küləyin sürəti saatda 80 kilometrə çatıb.

Nuevo Leon qubernatoru Samuel Qarsiya, “Alberto” qasırğasının səbəb olduğu şiddətli yağış və daşqınlarda 3 nəfərin öldüyünü açıqlayıb. Təcili yardım qrupları, ölkənin üçüncü ən böyük şəhəri olan Nuevo Leon əyalətində Monterrey şəhəri xaricində çay axınında tutularaq 15 yaşlı bir gəncin öldüyünü bildirib. “Alberto” tropik qasırğasının günün axşam saatlarında Meksikanın Tamaulipas ştatında, ABŞ-ın Texas ştatının cənubunda təsirlənəcəyi gözlənilir. Fırtına ilə əlaqədar rayonda güclü yağış və külək, eləcə də daşqınlar gözlənilir.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə