Paris Prokurorluğu aksiyaçının qolunu qoparan polisi məsuliyyətə cəlb etməyib

Paris Şəhər Prokurorluğu 2018-ci ildə “Sarı gödəkçələr”in aksiyası zamanı etirazçının qolunun qopması faktı ilə bağlı işə xitam verib. SİA Fransa mənbələrinə istinadla xəbər verir ki, sözügedən aksiyada polis zabitinin atdığı gözyaşardıcı qaz qumbarası gənc etirazçının qolunun qopması ilə nəticələnmişdi. Qumbaranın təsiri nəticəsində daha bir neçə nəfər xəsarət almışdı.

Polis zabiti ilk ifadəsində bildirmişdi ki, vəziyyət nəzarətdən çıxdığı üçün gözyaşardıcı qaz qumbarasından istifadə etməyə məcbur olub. Qumbara atılarkən tüstü bombalarından da istifadə edildiyi üçün görmə məsafəsi məhdud olub. Zərərçəkən şəxs isə guya qumbaranı tutmaq istəyib.

Prokurorluq polis zabiti barədə cinayət təqibini dayandırmağa qərar verib. Zərərçəkənin vəkilləri bildirirlər ki, minimal tələblərə əməl olunmadan atılan qumbara hüquqi məsuliyyət yaradır. Prokurorluq isə real şəraiti dəyərləndirmək əvəzinə cinayət məsuliyyətini aradan qaldırmağa şərait yaradıb.

Bütün xəbərlər Facebook səhifəmizdə