Rişi Sunakın mühafizəçisi saxlanılıb

Rişi Sunakın mühafizəçisi saxlanılıb

Böyük Britaniyanın Baş naziri Rişi Sunakın yaxın mühafizə qrupunda çalışan polis zabiti Britaniyada növbədənkənar seçkilərin tarixə ilə bağlı mərcə girib. SİA BBC kanalına istinadla xəbər verir ki, mühafizəçi bazar ertəsi günü ictimai vəzifədə qanunsuz davranış şübhəsi ilə saxlanılıb. O, daha sonra əlavə araşdırmalar üçün zaminə buraxılıb.

Qeyd edək ki, ötən həftə də Rişi Sunakın köməkçilərindən Kreyq Uilyams seçkilərin tarixi daha bəlli olmadan bu barədə mərcə girdiyini etiraf etmişdi. Mediada onun seçkilərin tarixi ilə bağlı 100 funt sterlinqlik mərcə girdiyi yazılmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə