...Hə, deməli bu günlərdə Sankt-Peterburq hava limanında yoluxmuş (?) özbək əriklərinin partiyası aşkar edilib.
...Və beləliklə, Rusiya Federasiyası ərazisinə Özbəkistandan gətirilən iki ton təzə (?) meyvənin idxalı qadağan edilib.
SİA-nın əldə etdiyi məlumata görə, bunu Rosselxoznadzorun Şimal-Qərb Regionlararası İdarəsi bildirib.
Deyilənlərə görə, Pulkovo yük terminalında karantin fitosanitar nəzarəti zamanı ərik yükündə daş meyvə bitkilərinin təhlükəli zərərvericisi - canlı həşərat sürfəsi aşkar edilib.
İdarədən qeyd ediblər ki, meyvə Moskvaya... Özbəkistandan gətirilib.
Laborator müayinələrin nəticələrinə əsasən əriklərin şərq güvəsinə yoluxduğu təsdiqlənib. Sahibinin qərarı ilə məhsullar dezinfeksiya edilir.
...Və yeri gəlmişkən, gərək ki, heç 20 gün də olmaz, Rusiya prezidenti Vladimir Vladimiroviç Putin Özbəkistan kənd təsərrüfatı naziri İbrohim Abdurahmonova, ona göndərilən özbək meyvələrinə görə, təşəkkür edərək, “...o qədər dadlıdır ki...” tərifini də əlavə etmişdi.
Gərək ki, Putinin bu təşəkkürünü Rusiya dövlət kanalı da məxsusi olaraq yayımlamışdı.
...Hə-bə indi nə oldu ki, birdən-birə meyvədən qurd çıxdı..?
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB