Ağ Ev “F-16”-ların Ukraynadakı yerini açıqlayıb...

Ağ Ev “F-16”-ların Ukraynadakı yerini açıqlayıb...

...Kiyevin alacağı “F-16” qırıcıları Ukraynada yerləşdiriləcək.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan PBS telekanalında bildirib.

O qeyd edib ki, bu bənd yaxınlarda Cozef Bayden və Vladimir Zelenski tərəfindən imzalanan ikitərəfli sazişdə öz əksini tapıb.

Xatırladaq ki, daha əvvəl amerikalılar müttəfiq kimi Ukraynaya “F-16” təyyarələri göndərməyə icazə vermişdilər.

...Və məhz bundan sonra ABŞ-da ukraynalı pilotlar və mühəndislər müvafiq təlim keçirlər.

Verilən məlumatlara görə, hazırda Arizonada 12 ukrynalı mütəxəssis yaşayır və təhsil alır.

Təyyarələr ilkin olaraq Hollandiya və Belçika tərəfindən tədarük ediləcək. Hollandiya bu il ilk “F-16”-ları Kiyevə təhvil verəcək.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə