...Moskvanın Zamoskvoretski Məhkəməsi konservləşdirilmiş lobya ilə kütləvi zəhərlənmə işi üzrə dörd müttəhimdən birincisini həbs edib.
SİA TASS-a istinadən xəbər verir ki, lobya istehsalçısı “Savon-K” MMC-nin aşpazı, Tacikistan vətəndaşı Kərim Normatov avqustun 15-dək həbs edilib.
Qeyd edək ki, O, “Təhlükəsizlik tələblərinə cavab verməyən malların və məhsulların istehsalı, saxlanması, daşınması və ya satışı, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi” maddəsi ilə ittiham olunub.
İstintaqın məlumatına görə, Normatov Vladimir Şinin göstərişi ilə təhlükəsizlik tələblərini pozaraq lobya hazırlayıb. Bu, xərcləri minimuma endirmək üçün edilirmiş.
...Məhkəmədə müstəntiq Normatovun qaçmağa cəhd etdiyini və Jukovski hava limanında saxlanıldığını bildirib.
Lakin o, qaçmaq niyyətində olmadığını, sadəcə olaraq işəgötürənin onu evə buraxdığını deyib.
...Yeri gəlmişkən, iyunun 14-dən 121 moskvalı, 20 Moskva vilayətinin, 14 Kazan və 16 Nijni Novqorod sakini botulizm əlamətləri ilə xəstəxanalara müraciət edib. Qeyd edək ki, onların hamısı “Localkitchen” MMC-nin istehsal etdiyi salat yeyənlərdir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB