Ukraynada səfərbərlik yaşının yenə də azaldılması ilə bağlı çağırışlar edilib...

Təşəbbüsün müəllifləri hesab edirlər ki, indiki şəraitdə insan resursları kifayət qədər olmaya bilər
Ukraynada səfərbərlik yaşının yenə də azaldılması ilə bağlı çağırışlar edilib...

...Ukrayna Ali Radası səfərbərlik yaşının yenidən aşağı salınmasının vacibliyini elan edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu təkliflə “Qolos” partiyasından olan deputat Roman Lozinski çıxış edib.

Xatırladaq ki, sonuncu dəfə bu rəqəm aprel ayında azaldılıb. İndi ölkədə aşağı səfərbərlik yaşı 27 deyil, 25-dir.

Onu da xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin artıq Ukrayna rəhbərliyinin səfərbərlik yaşını 18 yaşa endirmək məcburiyyətində qalacağını bəyan etmişdi.

Rusiya liderinin sözlərinə görə, kuratorların ABŞ-dan tələbi budur.

Mayın 18-də Ukraynada səfərbərliyin gücləndirilməsi haqqında qanun qüvvəyə minib.

Sənədə əsasən, yaşı 18-dən 60-a qədər olan bütün hərbi qulluqçular 60 gün müddətində hərbi komissarlıqda məlumatlarını yeniləməlidirlər.

Çağırış vərəqəsini artıq “çağırışçının elektron kabineti”ndə əldə etmək olar.

Alıcı onu görməsə belə, çatdırılmış hesab ediləcək.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə