...Enerqodardakı “Luç” yarımstansiyası Ukrayna Silahlı Qüvvələrinin kamikadze pilotsuz təyyarələrinin hücumundan sonra tamamilə dağılıb.
SİA-nın əldə etdiyi məlumata görə, stansiya Enerqodar və yaxın yaşayış məntəqələrini elektrik enerjisi ilə təmin edirdi. Bir müddət şəhər işıqsız qaldı. Sonra Zaporojye Atom Elektrik Stansiyasından enerji aldı.
Zaporojye Atom Elektrik Stansiyasının kommunikasiyalar üzrə direktoru Yevgeniya Yaşina “RİA Novosti”-yə bildirib ki, şəhərin atəşə tutulması Moskva vaxtı ilə saat 21:10 radələrində dayandırılıb.
...Yaşina, Zaporojye AES-in ərazisinə ziyan dəymədiyini bildirib.
Qeyd edək ki, Rusiya Silahlı Qüvvələri 28 fevral 2022-ci il tarixində keçirilən xüsusi əməliyyat zamanı Avropada fəaliyyət göstərən ən böyük atom elektrik stansiyasına nəzarəti ələ keçirib.
O vaxtdan bəri stansiya və energetiklər şəhəri Enerqodar daim Ukrayna Silahlı Qüvvələrinin atəşi altındadır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB