Rusiyanın Ukraynaya qarşı müharibəsində yalnız könüllülər iştirak edir...
...Bu arada ruslar Odessa limanına 60-a yaxın fransızdilli muzdlu əsgərin gəldiyi barədə məlumatlar yayıblar.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə çərşənbə günü, iyunun 19-da Strateji Kommunikasiyalar və İnformasiya Təhlükəsizliyi Mərkəzindən bildirilib.
Belə ki, Rusiya təbliğat Teleqram kanalları fransız dilli yaraqlıların tam avadanlıqla Odessa limanına gəldiyini iddia edirlər.
Rusların yazdığına görə, şəhərə gələn yaraqlılar yerli sakinlərlə təmasdan qaçaraq “şəhərə dağılıblar”.
...Strateji Kommunikasiyalar Mərkəzi qeyd edib ki, rusiyalı təbliğatçılar Fransa prezidenti Emmanuel Makronun təlimatçılarının Ukraynaya göndərilməsi ehtimalı ilə bağlı bəyanatları fonunda növbəti uydurma yayıblar.
Bundan əlavə, Rusiya təbliğatı “NATO muzdlularının” artıq Ukraynada olması kimi yalan təbliğat yayırlar.
Bu, hesabatda deyilir.
Strateji Kommunikasiyalar Mərkəzi qeyd edir ki, xarici vətəndaşlar Rusiyanın Ukraynaya qarşı müharibəsində yalnız könüllü kimi iştirak edirlər və onlar NATO-nu təmsil etmirlər.
...Bu cür saxtakarlıqların yerləşdirilməsi Kremli “Rusiyanın NATO ilə müharibəsi” ilə bağlı yalanlarla qidalandırmaq, Rusiya Müdafiə Nazirliyinin və təbliğatçıların hesabatlarında “NATO bazaları”na çevrilən mülki hədəflərə hücumlara haqq qazandırmaq məqsədi daşıyır.
Bunu da Strateji Kommunikasiyalar Mərkəzi bəyan edir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB