Türmədəki məhkumlar tükənir deyə, indi də...

Rusiya Federasiyası təqsirləndirilən şəxsləri və şübhəliləri müharibəyə göndərməyi planlaşdırır...
Türmədəki məhkumlar tükənir deyə, indi də...

...Rusiya həbsxanalarında məhkum edilmiş məhbusların sayı tükəndiyi üçün Moskva indi də cinayətdə təqsirləndirilən və şübhəli bilinən şəxsləri Ukraynaya qarşı müharibəyə göndərməyi planlaşdırır.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri Milli Müqavimət Mərkəzi yayıb.

Deməli, Milli Müqavimət Mərkəzinin məlumatına görə, Rusiya Federasiyası İstintaq Komitəsinin rəhbərliyi və Müdafiə Nazirliyi işğalçı ordunun sıralarını doldurmaq üçün daha bir sxemi həyata keçirməyə başlayıb.

Söhbət ondan gedir ki, indi təqsirləndirilən və şübhəli bilinən şəxslər “reabilitasiya əsasları” ilə cinayət işinə xitam verilməsi müqabilində Müdafiə Nazirliyi ilə müqavilə bağlamağa məcbur olacaqlar.

Polis həmçinin inzibati nəzarət altında olan insanlara müharibəyə getməyi “təklif edəcək”(?).

Eyni zamanda, təkliflərin və imzalanmış müqavilələrin sayı barədə rəhbərliyə hesabat verməlidirlər.

Milli Müqavimət Mərkəzində deyildiyi kimi, belə bir sxem artıq Rusiya Federasiyasının bütün regionlarında, o cümlədən Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində işləyir. Maraqlıdır ki, belə bir yeniliyin ilk qurbanı olan ukraynalılardır.

...Rusiyada artıq məhbuslar tükəndiyi üçün şübhəlilər hazırda fəaliyyətdədir. Belə desək, məhkəməsiz onlar Ukraynada utilizasiyaya məhkumdurlar.

Bu da Milli Müqavimət Mərkəzindən bildirilib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə