Putin Şimali Koreya lideri ilə 11 saatdan çox danışıb

Putin Şimali Koreya lideri ilə 11 saatdan çox danışıb

Rusiya prezidenti Vladimir Putin iyunun 18-dən 19-dək Şimali Koreyaya səfəri zamanı Şimali Koreya lideri Kim Çen Inla 11 saatdan çox danışıb.

RİA Novosti-nin məlumatına görə, Şimali Koreya lideri rusiyalı həmkarını təyyarəyə qədər şəxsən müşayiət edib. Təyyarənin önünə qırmızı xalça düzülüb və Putinlə Kim Çen In həmin xalça ilə gedərkən, xüsusi olaraq Şimali Koreyanın banisi Kim İr Sen üçün bəstələdiyi “Xoşbəxtlik nəğməsi” adlı xüsusi fanfar ifa olunub.

Putini həmçinin Pxenyanın mərkəzi küçələrində düzülərək güllər, bayraqlar və şarlar yelləyən minlərlə Şimali Koreyalı yola salıb.

SİA TASS-a istinadən xəbər verir ki, Putinlə Şimali Koreya liderinin təkbətək görüşü planlaşdırılan saat əvəzinə təxminən iki saat yarım davam edib.

Xatırladaq ki, Putin və Kim Çen In Pxenyanda danışıqlar zamanı Rusiya Federasiyası ilə Şimali Koreya arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında saziş imzalanıb ki, bu da xarici hücum zamanı yardım göstərilməsini nəzərdə tutur.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə