Ermənistan yenə KTMT-nin tədbirində iştirak etməyəcək..?

Ermənistan yenə KTMT-nin tədbirində iştirak etməyəcək..?

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan KTMT-nin Xarici İşlər Nazirləri Şurasının Almatıdakı iclasında iştirak etməyəcək.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə "Armenpress"ə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib.

2024-cü il iyunun 21-də Almatıda Qazaxıstan Respublikasının Baş nazirinin müavini – xarici işlər naziri Murat Nurtuleunun sədrliyi ilə KTMT-nin Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək. İclasda beynəlxalq və regional təhlükəsizlik məsələlərinin müzakirəsi planlaşdırılır.

İclasın yekununda KTMT-nin fəaliyyətinin daha da təkmilləşdirilməsinə yönəlmiş sənədlərin imzalanacağı və bir sıra siyasi bəyanatların qəbul ediləcəyi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə