Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı azı 600 misirli zəvvar dünyasını dəyişib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə “Agence France-Presse” (AFP) ərəb ölkələrindən birinin diplomatına istinadən məlumat yayıb.
“Ölümlər isti səbəbindən baş verib”, - deyə agentliyin mənbəsi bildirib.
AFP daha əvvəl Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı istilər səbəbindən 550 zəvvarın, o cümlədən 323 misirlinin öldüyünü bildirmişdi. Zəvvarların ölümünə çox vaxt isti hava və ya əzilmək səbəb olur. Bu il Həcc dövründə Məkkədə temperatur 52 dərəcəyə çatır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB