Deməli, Şimali Koreyada səfərdə olan Vladimir Putin, Kim Çen Inlə “Aurus” markalı avtomobillə Pxenyan küçələrində gəzintiyə çıxıblar.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, avtomobili Rusiya prezidentinin özü idarə edirmiş.
KXDR lideri isə ön sərnişin oturacağında əyləşib. Yayımlanan videoya əsasən, onları tərcüməçi də müşayiət edib.
Avtomobilin içərisində başqa birinin olub-olmadığı məlum deyil.
Daha əvvəl məlum olub ki, Vladimir Putin Kim Çen Ina yeni “Aurus” verib.
Bu, artıq Şimali Koreya liderinin parkında rus markasının ikinci avtomobilidir.
Putin və Kim Çen Inın səfərinin videosunu TV Center yayımlayıb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB