Polşanın Baltik sahillərində NATO-nun taktiki təlimləri başlayıb

Polşanın Baltik sahillərində NATO-nun taktiki təlimləri başlayıb

NATO-nun 12 ölkəsindən minə yaxın hərbçi Polşanın Baltik sahillərində keçirilən təlimlərdə iştirak edir.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, “EURETEX 24” taktiki təlimi iki ildən bir keçirilir.

Məlumata görə, iki həftəlik təlimdə Almaniya, İspaniya, Polşa, İtaliya, Rumıniya, Çexiya, Danimarka, Belçika, Macarıstan, Estoniya, Litva, ABŞ-dan olan əsgərlər iştirak edirlər.

Təlim zamanı hərbi qulluqçular hərbi mühəndislik, dalğıc, partlayıcı maddələrin zərərsizləşdirilməsi, kimyəvi və bioloji müdafiə, həmçinin meteorologiya və okeanoqrafiya kimi tapşırıqları yerinə yetirəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə