Çadın əsas silah anbarında şiddətli partlayış baş verib

Çadın əsas silah anbarında şiddətli partlayış baş verib

Çad Respublikasının paytaxtı N'Djamena şəhəri yaxınlığındakı silah anbarında yanğın və partlayışlar 2 saatdan artıq davam edib. SİA yerli KİV-ə istinadla xəbər verir ki, burada ölkənin əsas sursat anbarı yerləşir. Quru qoşunlarının iri kalibrli silahlarının böyük hissəsi bu anbarda toplanıb.

Partlayışların gücündən 6-7 kilometr radiusda evlər zərər görüb. Beynəlxalq aeroportun yaxınlığında yerləşən arsenalın yaxınlığında çox ayda hərbi hissə, yaşayış məhəllələri, həmçinin silahlı qüvvələrin baş qərargahı yerləşir.

Zərərçəkənlər barədə məlumat verilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə