...Reyddən sonra 1,5 min miqrant Rusiyadan çıxarılacaq

Moskva vilayətində keçirilən “Qanunsuz 2024” əməliyyatının birinci mərhələsi nəticəsində 1,5 mindən çox miqrant Rusiyadan çıxarılacaq.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Moskva vilayəti üzrə Baş İdarəsinin mətbuat xidməti Telegram kanalında xəbər yayımlanıb.

Qeyd edək ki, əməliyyat iyunun 3-dən 9-dək aparılıb.

Bu müddət ərzində miqrasiya sahəsində 5,3 mindən çox inzibati xətanın qarşısını almaq mümkün olub, ədliyyə orqanları qanun pozucularının Rusiya Federasiyasından inzibati qaydada çıxarılması barədə 1,5 mindən çox qərar qəbul edib.

Bundan başqa, miqrasiya sahəsində cinayətlərə görə 413 cinayət işi başlanıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə