Moskvada rusa hücum edən Orta Asiyalı Minskdə saxlanılıb..?

Moskva vilayətində, Odintsovoda kişiyə hücum etməkdə şübhəli bilinən Orta Asiyadan olan iki yerli şəxs Minskdə saxlanılıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin region üzrə Baş İdarəsi Telegram-da xəbər yayıb.

...Moskva vilayəti polisinin əməkdaşları Odintsovo şəhər rayonunda bir kişiyə hücum edən əcnəbilərin kimliyini və yerini tez bir zamanda müəyyən ediblər. Onların 1998 və 1995-ci il təvəllüdlü Orta Asiya respublikalarından birinin yerliləri olduğu meydana çıxıb. Onları Minskdə belaruslu həmkarları saxlayıblar.

Bunu Rusiya Daxili İşlər Nazirliyinin Moskva vilayəti üzrə Baş İdarəsinin İnformasiya və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Tatyana Petrova bildirib.

...Demə bundan əvvəl Moskva yaxınlığındakı Odintsovoda kişiyə bıçaqla hücumdan sonra xuliqanlıq maddəsi ilə cinayət işi açılıbmış...

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə