Moskva vilayətində 20 xəstəyə botulizm diaqnozu qoyulub

...Moskva vilayətinin xəstəxanalarında botulizm şübhəsi ilə 20 nəfər aşkar edilib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə çərşənbə axşamı, iyunun 18-də regional Səhiyyə Nazirliyi məlumat yayıb.

“İnterfaks” xəbər verir ki, 12 nəfərin vəziyyəti ağır, qalanlarının vəziyyəti orta ağırdır.

Zərərçəkənlərə bütün lazımi tibbi yardım göstərilir. Moskva yaxınlığındakı xəstəxanalar anti-botulinum zərdabları ilə tam təmin olunub.

Qeyd edilir ki, daha əvvəl Moskva vilayətində altı qurbanın olduğu bildirilirdi. Zəhərlənmə halları Balaşixa, Odintsovo, Ximki, Mıtişi və Reutovda qeydə alınıb.

Bunu "112" teleqram kanalı yazır.

...Moskva, Moskva vilayəti, Kazan və Nijni Novqorodda botulizm halları müəyyən edilib. Ölkə üzrə istehsalçıların kütləvi yoxlamaları aparılır. Faktla bağlı “Təhlükəsizlik tələblərinə cavab verməyən malların və məhsulların istehsalı, saxlanması, daşınması və ya satışı, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi” maddəsi ilə cinayət işi başlanıb. Moskvada 3 nəfər saxlanılıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə