Filippinin yanında olduğunu deyən ABŞ, Çinə...hirslənib

Filippin və Çinə məxsus gəmilərin toqquşmasından sonra Amerika Birləşmiş Ştatları rəsmi Pekinə reaksiya verib.

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller, “ABŞ müttəfiqi Filippinin yanındadır və Çinin gərginləşdirici və məsuliyyətsiz hərəkətlərini pisləyir”- deyə bildirib..

ABŞ dövlət katibinin müavini Kurt Kempbell Filippin dövlət katibinin müşaviri Mariya Teresa Lazaro ilə “Çinin eskalator və məsuliyyətsiz hərəkətləri”ni müzakirə edib və Çin Filippinin Cənubi Çin dənizində qanuni dəniz əməliyyatı keçirməsinə mane olmaqla, Manila administrasiyasının naviqasiya azadlığına müdaxilə edir” deyib.

Digər tərəfdən, ABŞ-ın Filippindəki səfiri MareKey Karlson (MaryKay Carlson) “X”dən verdiyi açıqlamada ölkəsinin Çinin yaralanmalara səbəb olan və Filippin gəmilərinə ziyan vuran aqressiv və təhlükəli manevrlərini qınadığını bildirib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, iyunun 17-də Cənubi Çin dənizində iki ölkə arasındakı mübahisəli ərazidə Filippin təchizat gəmisi ilə Çin gəmisi toqquşub.

Çin Sahil Mühafizəsi tərəfindən verilən açıqlamada Filippin təchizat gəmisinin “Second Thomas Shoal” yaxınlığındakı sulara qanunsuz olaraq girdiyi və Çin gəmilərinə təhlükəli şəkildə yaxınlaşaraq toqquşmaya səbəb olduğu bildirilib.

Cənubi Çin dənizindəki Spratli adalarının bir hissəsi olan və Filippinin nəzarəti altında olan “Second Thomas Shoal” son zamanlar iki ölkənin gəmiləri arasında sürtünmə və gərginliklərə səhnə olub.

Bütün xəbərlər Facebook səhifəmizdə