Rusiyanın Rostov vilayətinin Azov şəhərində neft bazasında yanacaqla dolu çənlər yanır. SİA xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vasili Qolubev məlumat verib.

"Azova dron hücumu nəticəsində neftlə dolu çənlər yanmağa başlayıb. İlkin nəticələrə görə, zərər çəkən yoxdur. Fövqəladə Hallar Nazirliyinin bölmələri açıq alovları ram etməyə çalışırlar", - qubernator bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə