Yeni Kaledoniyanın hakimiyyət orqanları komendant saatını qısaldıb. SİA xəbər verir ki, bununla yanaşı, paytaxt Numeyanı Avstraliya, Yaponiya, Sinqapur və digər ölkələrlə birləşdirən La Tontouta Beynəlxalq Hava Limanı fəaliyyətini bərpa edib.

Xatırladaq ki, Fransanın dənizaşırı ərazisi olan yeni Kaledoniyada iğtişaşlar mayın ortalarında başlayıb. Buna Parisin yeni seçicilərə - 10 ildən çoxdur Yeni Kaledoniyada yaşayanlara yerli seçkilərdə səs vermək hüququ vermək qərarı səbəb olub. Ötən həftə isə Fransa prezidenti Emmanuel Makron iğtişaşlara səbəb olan seçki islahatlarının dayandırıldığını elan edib.

Bütün xəbərlər Facebook səhifəmizdə