Ermənistan Fransanın KNDS şirkəti ilə hərbi-texniki sahədə əməkdaşlıq edəcək

Ermənistan Müdafiə Nazirliyi Fransanın KNDS hərbi-sənaye şirkəti ilə hərbi-texniki sahədə əməkdaşlıq edəcək. SİA xəbər verir ki, bununla əlaqədar Ermənistanın Müdafiə Nazirliyi ilə KNDS şirkəti arasında müqavilə imzalanıb.

Müqavilə Ermənistanın müdafiə naziri Suren Papikyanın Fransaya işgüzar səfəri çərçivəsində imzalanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə