Salvodorda daşqın nəticəsində 11 nəfər ölüb

Salvadorda leysan yağış daşqına səbəb olub. SİA xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Təbiət hadisəsi 11 nəfərin həyatına son qoyub.

Ətraf mühit və təbii sərvətlər naziri Fernando Lopezin verdiyi açıqlamaya görə, 900 nəfər təxliyə edilib.

İndiyədək 30-a yaxın evin zərər gördüyü bildirilib. Axtarış-xilasetmə işləri davam etdirilir.

Bəzi ərazilərdə torpaq sürüşməsi ilə bağlı xəbərdarlıq edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə