Ukraynanın NATO-ya daxil olması üçün ABŞ-ın şərti...

Ağ Ev: Ukrayna NATO-ya üzv olmaq üçün Rusiyanı məğlub etməlidir

...Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Ukraynanın hansı şəraitdə NATO-ya üzv ola biləcəyindən danışıb.

SİA-nın əldə etdiyi məlumata görə, onun sözlərini TASS sitat gətirir.

Qeyd edək ki, Ağ Evin nümayəndəsi Ukraynanın NATO-ya daxil olması üçün şərtin adını çəkib və ölkənin Rusiya ilə münaqişədə qalib gəlməsinin vacibliyini vurğulayıb.

...İlk növbədə bu müharibədə qalib gəlməlidirlər. Onlar ilk növbədə müharibədə qalib gəlməlidirlər.

Bunları Con Kirbi bəyan edib.

Onu da qeyd edək ki, bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, alyans üzvləri arasında Ukraynanın üzvlüyü ilə bağlı konsensus yoxdur.

O vurğulayıb ki, ölkənin bloka qoşulması üçün “münaqişənin bitdiyinə və dayandırılmadığına” əmin olmaq lazımdır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə