ABŞ Rusiyanın Karib dənizindəki fəaliyyətini diqqətlə izləyir...

Rusiya Hərbi Dəniz Qüvvələrinin gəmiləri Kubaya beş günlük səfərini başa vuraraq bazar ertəsi Havanadan geriyə yola düşüblər...

...Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi, ABŞ-ın Karib hövzəsində Rusiya Hərbi Dəniz Qüvvələrinin gəmilərinin fəaliyyətini yaxından izləməkdə davam etmək niyyətində olduğunu bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə TASS xəbər verir.

...Dediyim kimi, bunu nəzərdən keçirmək bizim üçün vacibdir. Ruslar bunu bir neçə ildən bir edirlər. Karib hövzəsinə, Latın Amerikası sularına ekskursiyalar təşkil edirlər. Bu yeni deyil.

Bunu deyən ABŞ administrasiyasının rəsmisi Birləşmiş Ştatların onların hərəkətlərinə nəzarət etmək niyyətində olduğunu qeyd edib.

Eyni zamanda, o, əvvəllər Havana limanından yola düşmüş Rusiya gəmilərinin bundan sonrakı gedişi barədə məlumatı olmadığını vurğulayıb.

Yeri gəlmişkən, Rusiya Hərbi Dəniz Qüvvələrinin gəmiləri Kubaya beş günlük səfərini başa vuraraq bazar ertəsi Havanadan geriyə yola düşüblər.

Qeyd edilməlidir ki, adanın sahillərini ilk tərk edən “Kazan” atom sualtı gəmisi olub.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə