“Kiyev bu döyüşdən qalib çıxa bilməyəcək..?”

Ona görə də Le Pen anti-Rusiya sanksiyalarını diqqətlə nəzərdən keçirməyə və Avropa ölkələrinin Ukrayna münaqişəsinə şərik olmasına yol verməməyə çağırıb...

...Fransa “Milli Assosiasiya”sının lideri Marin Le Pen “El Períodico”-ya verdiyi müsahibəsində Ukraynadakı münaqişədən çıxış yolu tapmaq üçün Rusiya ilə danışmağın zəruriliyinə işarə edərək, Kiyevin bu döyüşdən qalib çıxa bilməyəcəyi barədə xəbərdarlıq edib.

SİA-nın əldə etdiyi məlumata görə, Le Pen həmçinin anti-Rusiya sanksiyalarını diqqətlə nəzərdən keçirməyə və Avropa ölkələrinin Ukrayna münaqişəsinə şərik olmasına yol verməməyə çağırıb.

…Aydındır ki, Ukraynanın qalib gələ bilməyəcəyi bu münaqişədə müsbət həllinə nail olmaq üçün Rusiya ilə danışmalıyıq.

Yuxarıda qeyd etdiyimiz kimi, bunu deyən Le Pen münaqişə tərəflərindən birinin danışıqlarda iştirakı olmadan sülhün əldə olunmasını qeyri-mümkün hesab etdiyinə də aydınlıq gətirib.

…Kiyevə hərbi və ya mülki dəstək təşəbbüslərini dəstəklədiyini gizlətməyən Le Pen, bununla belə, anti-Rusiya sanksiyalarını diqqətlə nəzərdən keçirməyə də çağırış edib.

O, Avropa ölkələrinin başlatdığı və onların iqtisadiyyatları üçün “dağıdıcı” olan enerji müharibəsini eləcə də Ukrayna münaqişəsində iştirakçı olmaq riskini qeyd edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə