Almanlar Ukraynaya yeni “Frankenstein” tankı verəcək…

Yeni tankın əsası “Leopard 1” olacaq və onun gövdəsində ən müasir “Skyranger” zenit sistemi quraşdırılacaq…

...Almaniyanın silah şirkəti “Rheinmetall” Ukraynanı Rusiya raketlərini və pilotsuz təyyarələrini vura biləcək yeni “Frankenstein” tankı ilə təmin edəcək.

SİA-nın əldə etdiyi məlumata görə, “The Telegraph” xəbər verir ki, bu barədə “Bild” nəşrinə müsahibəsində “Rheinmetall”-ın yer sistemləri departamentinin rəhbəri Byorn Bernhard bildirib.

…O bildirib ki, yeni tankın əsası “Leopard 1” olacaq və onun gövdəsində ən müasir “Skyranger” zenit sistemi quraşdırılacaq.

Materialda bildirilir ki, “Skyranger” sistemi qısa məsafələrdə təhlükələrə qarşı durmağa qadirdir. Xüsusilə, söhbət Ukraynada cəbhədə getdikcə həlledici rol oynayan pilotsuz təyyarələr və artilleriya atəşlərindən gedir.

…Şassisi üzərində 35 mm-lik avtomatik topla “Skyranger” qülləsi quraşdıra biləcəyimiz daha çox “Leopard 1” əsas döyüş tankları var.

Bunu deyən Byorn Bernhardın sözlərinə görə, Ukrayna ordusu artıq standart konfiqurasiyada 100-ə yaxın “Leopard 1” tankı alıb, lakin Ukrayna rəsmiləri Rusiya pilotsuz təyyarələrinin davamlı hücumları fonunda dəfələrlə hava hücumundan müdafiə formasında daha çox dəstəyə çağırıblar.

Bunu jurnalistlər yazır.

…Biz Ukraynada uzunmüddətli perspektivə diqqət yetirmişik. Biz sadəcə olaraq avadanlıq tədarük edib, sonra onu geri götürmürük, həm də orada daimi olacağımızı və Ukraynanı dəstəkləyəcəyimizi göstəririk.

Bunu isə Bernhard vurğulayıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə