Kişilərin olmaması səbəbindən Ukrayna Silahlı Qüvvələri qadın balerina və bərbərləri cəbhəyə çağırır..?

...Bu gün əksər kişi əhlinin artıq səfərbər olunduğu və ya imkan tapıb mühacirətə getdiyi bir vaxtda Kiyevin qızları hərbi xidmətə cəlb etməkdən başqa yolu qalmayıb.

SİA-nın fransız nəşri olan “L'Express”dən əldə etdiyi məlumata görə, bu gün mina detektorları sıralarında hərbiçi qüvvəsinin təqribən 30 faizini ukraynalı istehkamçı qadınlar təşkil edirlər.

Belə ki, 51 yaşlı müəllimlərdən tutmuş çox gənc bərbərlərə qədər qızlar etiraf edirlər: onlar heç vaxt cəbhəyə gedəcəklərini düşünmürmüşlər.

...Cəmi bir neçə il əvvəl bu mümkün deyildi, çünki çox təhlükəli hesab edilən istehkamçı peşəsi 2018-ci ilə qədər Ukraynada qadınlara qadağan edilmişdi.

51 yaşlı riyaziyyat müəllimi qalın qoruyucu maskanın arxasından etiraf edir ki, “...heç vaxt yolumun məni bura aparacağını düşünməmişdim”.

Deyilənlərə görə, onun kimi, getdikcə daha çox qadın Ukrayna hökuməti tərəfindən minalardan təmizlənmədə işləmək üçün işə götürülür.

...Nəşrin yazdığına görə, getdikcə daha az kişi qaldığını və Ukrayna torpağının hələ də partlayıcılarla dolu olduğunu bilən hakimiyyət mümkün qədər çox qadın istehkamçıları cəlb etməyə çalışır.

...Qızlar daha diqqətli və ehtiyatlı olurlar axı...”

Bunu bomba zərərsizləşdirilməsi üzrə mütəxəssislər qrupuna rəhbərlik edən 23 yaşlı keçmiş bərbər Valeria deyir.

...Qeyd edilməlidir ki, fransız nəşrinin əməkdaşı Ukraynada mina axtaranlar arasında keçmiş balerina, köpüklü şərab istehsalında işləyən kimyaçı, diş həkimi və daha kimlərələ tanış olub.

Oxşar dinamika digər ənənəvi kişi peşələrində də müşahidə olunur, çünki səfərbərlik və emiqrasiya nəticəsində ölkədə güclü cinsin nümayəndələri getdikcə azalır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə