Rusiyada şəhərin birinci vitse-meri saxlanılıb

Oryolda şəhərin birinci vitse-meri Vadim Niçiporov saxlanılıb.

SİA xəbər verir ki, bu barədə “Kommersant” nəşri hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb. Nəşrin məlumatına görə, Daxili İşlər Nazirliyi, meriya və İstintaq Komitəsi Niçiporovun saxlanması ilə bağlı şərh verməyib.

Məmurun iş yerində olub-olmaması ilə bağlı da şərh verilməyib.

“Kommersant”ın məlumatına görə, Niçiporovun saxlanması Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinin İstintaq Komitəsinin Oryol şöbəsinin rəhbərinə Oryolda sahibkarlıq fəaliyyətinə mane olan halların yoxlanılması barədə göstəriş verməsi ilə bağlıdır.

Deyilənlərə görə, bu ərizəni yerli iş adamı Vadim Krivov təqdim edib. Sahibkar bu ifadəsində Niçiporovun qanuni fəaliyyətinə müdaxilə etdiyini bildirib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə