"NATO Ukraynanın üzvlüyü ilə bağlı yekdil qərara gələ bilməz"

NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı hələlik konsensus yoxdur.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə RİA Novosti yazır.

...Biz konsensus əldə etdikdən sonra Ukrayna NATO-ya üzv olacaq.

Stoltenberq deyib və əlavə edib ki, səs çoxluğu kifayət deyil və qərarlar yekdilliklə qəbul edilməlidir.

O, aydınlaşdırıb ki, vaxtı çatanda Ukrayna gecikmədən alyansa üzv olmalıdır, lakin bunun üçün münaqişəni tamamilə dayandırmaq lazımdır.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə