Rusiyada daha bir yerli avtomobil istehsalçısı peyda olacaq..?

"Rolf” diler holdinqi öz brendi altında disklər, təkərlər və avtomobillər istehsal etməyi planlaşdırır.

SİA xəbər verir ki, bu barədə “Kommersant” şirkətin baş direktoru Umar Kremlevə istinadən məlumat yayıb.

...Mən istəyirəm ki, bu şirkət daha da böyüsün, iki-üç dəfə artsın ki, o, Rusiyanın bütün regionlarında olsun. Qonşu ölkələrə getmək, müxtəlif sahələrdə işləmək istərdim: ehtiyat hissələri, təkərlər istehsal edim, öz avtomobilimi yaradım. Şirkətin böyüməsi üçün planlar hazırlanır.

Kremlev bildirib bunu.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə