Danimarka Baltik dənizini Rusiya üçün bağlamaq istəyir..?

Danimarka Rusiya neftinin Baltik dənizi vasitəsilə tankerlərin “kölgə donanması” ilə daşınmasını məhdudlaşdırmaq üçün mümkün tədbirləri nəzərdən keçirir. SİA-nın əldə etdiyi məlumata görə, bunu Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen deyib.

...Kölgə donanmasının beynəlxalq problem olduğu və beynəlxalq həll yollarına ehtiyac olduğu barədə geniş konsensus var.

Bunu deyən Rasmussenin sözlərinə görə, Qərb Rusiya neftinə qiymət həddi tətbiq etdikdən sonra Rusiya xam neftin nəqli üçün köhnə qeyri-qərb tankerlərindən istifadəni artırıb. Rasmussen həmçinin qeyd edib ki, Danimarka Rusiya Federasiyasından neft nəqlinin qarşısını almaq üçün tədbirləri qiymətləndirən bir qrup müttəfiq ölkə toplayıb.

Onun sözlərinə görə, danışıqlarda Baltik dənizi ölkələri və Avropa İttifaqının üzvləri iştirak edib.

Nazir beynəlxalq hüquq normalarına uyğun olaraq yeni tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə